İspaniyanın "Albasete" klubunun cari mövsümki çıxışı dəyərləndirilib. Matc.az xəbər verir ki, komandaya yaxın olan "5maseldescuento.es" saytında dərc olunan məqalədə heyətin güclənməyə ehtiyacı olduğu vurğulanıb.

Yazıda Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun da performansına yer verilib. Həmkarlarımız yığmamızın üzvünün "Albasete"yə lazım olduğunu vurğulayıb:

"Eddi komandada vacib oyunçudur. O, meydanda çox iş görür. Topu özündə saxlayır və oyuna tarazlıq verməyi bacarır. İsrafilovun təcrübəsi "Albasete"yə kömək etməyə davam etdməlidir".

Qeyd edək ki, komanda cari mövsüm Sequndanı 52 xalla 17-ci pillədə tamamlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest