"Ağayev bizim maraq dairəmizdə olsa da, transferlə bağlı heç bir rəsmi addım atılmayıb"

"Əmir Ağayev "Neftçi"nin maraq dairəsində olan futbolçulardan biri olub".

Bu sözləri matc.az saytına "Neftçi"nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin sədri Rüstəm Allahverdiyev deyib.

İsrailli oyunçu "Neftçi"də büdcə azaldığı üçün özünə aşağı maaş təklif edildiyini və bu səbəbdən də transferin alınmadığı bildirib. Klub rəsmisi isə futbolçunun bu iddiasını təkzib edib:

"Ağayev bizim maraq dairəmizdə olsa da, transferlə bağlı heç bir rəsmi addım atılmayıb. Sadəcə maraqlanmışıq və bununla da məsələ bitib. Hazırda gündəmimizdə deyil. Oyunçunun alınmamasına səbəb maaş məsələsi olmayıb. ümumiyyətlə, biz Əmir Ağayevlə transfer keçidi və pul barədə heç nə danışmamışıq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest