"Arsenal" hücumçusu Per Emerik Obameyanqa yeni müqavilə təklif etməyə hazırlaşır. Matc.az "Daily Mirror" nəşri istinadən xəbər verir ki, "topçular" futbolçunun şərtlərini qəbul edib.

Qabonlu forbvardın London klubu ilə hazırkı sözləşməsi 2021-ci ilə qədərdir. O, həftədə 180 min funt sterlinq qazanır. Yeni müqavilədə Obameyanq maaşının artırılmasını tələb edib

31 yaşlı hücumçu klubdan həftəyə 250 min funt sterlinq istəyib. Rəhbərliyinin bu təklifi qəbul etdiyi bildirilir. Yaxın günlərdə tərəflər arasında müqavilə uzadıldığı açıqlanacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest