"Real"ın ulduzu Qaret Beyl komandadan ayrıla bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə klubundan uelsli futbolçuya təklif var.

Məlumata görə, "Everton" 31 yaşlı oyunçunun xidmətində maraqlıdır. Liverpul təmsilçisi yarımmüdafiəçi üçün 30 milyon avro ödəməyə hazırdır. Baş məşqçi Zinəddin Zidanın planlarına daxil olmayan Beylin satılacağı gözlənilir.

Qeyd edək ki, Qaret ötən mövsüm "Real" forması ilə 32 oyuna çıxıb və 7 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest