"Oyunçular bir-biri ilə daima rəqabət aparmalıdır. Mən onlara hər zaman bunu deyirəm"

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi "Finiks Rayzinq" komandası "Nyu Mexiko"nu 5:2 hesabı ilə məğlub edib. Matc.az xəbər verir ki, yığmamızın hücumçusunun da fərqləndiyi görüşün ardından Arizona təmsilçisinin baş məşqçi Rik Şans qələbəni şərh edib.

Aktivində beş qol olan Rüfət komandanın ən məhlsudar futbolçu Junior Flemminqslə bombardirlik yarışındadır. Amerikalı mütəxəssis bu yarışın komandaya xeyir verdiyini bildirib: "Oyunçular bir-biri ilə daima rəqabət aparmalıdır. Mən onlara hər zaman bunu deyirəm. Bu gün ilk qoldan sona qədər komandada bunu hiss etdim. Ortaya çıxan nəticə rəqabətin məsuludur".

Qeyd edək ki, Dadaşov 22-ci dəqiqədə komandasının ikinci qolunu vurub. 13 xal toplayan "Finiks Rayzinq" B  qrupunun birincisidir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest