AFFA Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı ilk ev matçının neytral meydanda keçirilməsinə dair iddialara münasibət bildirib. 
 
Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla matc.az- açıqlamasında məlumatın həqiqəti əks etdirmədiyini söyləyib. 
 
Assosiasiya rəsmisi məsələnin müzakirə mövzusu olmadığını vurğulayıb. 
 
Qeyd edək ki, "Wort.lu" nəşri Azərbaycan - Lüksemburq matçının başqa ölkədə keçirilə biləcəyini yazıb. Qarşılaşma sentyabrın 5-də Bakı Olimpiya Stadionunda gerçəkləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest