"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Şkupi" heyətini gücləndirməyə çalışır. Matc.az xəbər verir ki, Azərbaycan millisinin sabiq müdafiəçisi Elvin Yunuszadə ilə anlaşan Şimali Makedoniya klubu daha 2 oyunçu almaq niyyətindədir.

Məlumata görə, komanda "Vardar"da çıxış edən  cinah müdafiəçisi Vladika Bradarovski və yarımmüdafiəçisi Ali Ademdirin xidmətində maraqlıdır. "Şkupi" futbolçular üçün qarşı tərəflə danışıqlara başlayıb.

Qeyd edək ki, avqustun 27-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" – "Şkupi" oyunu 20:00-da başlayacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest