"İki komanda da oynamışam. Onlara uğurlar arzulayıram. Rəqiblər təxminən bizimlə eyni səviyyədirdlər. Ancaq fiziki cəhətdən bizdən üstündürlər".

Matc.az "İnfOSport" nəşrinə istinadən xəbər verir ki, bu sözləri Şimali Makedoniya təmsilçiləri "Şkendiya" və "Şkupi"nin sabiq futbolçusu Arcend Beqiri komandaların Avropa Liqasındakı rəqibləri barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

"Klublarımızın işi asan olmayacaq. Azərbaycan komandaları İnfrastruktura görə də bizdən öndədirlər. Koronavirus pandemiyası səbəbindən oyunlar bir görüşdən ibarət olacaq. Taktiki baxımdan yaxşı hazrılaşan komanda mərhələni keçəcək. "Şkendiya" və "Şkupi"nin heyətini gücləndirdiyini nəzərə alsaq, şanslarının yüksək olduğunu düşünürəm".

Qeyd edək ki, "Sumqayıt" – "Şkendiya" və "Neftçi" – "Şkupi" oyunu avqustun 27-də keçiriləcək. Hər iki qarşılaşma saat 20:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest