"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Şimali Makedoniyanın "Şkupi" klubu heyətinə yeni futbolçu cəlb edib. Matc.az "Sportmedia" nəşrinə istinadən xəbər verir ki, komanda Albaniyanın "Vlazniya" klubunun müdafiəçisi Filip Qliqorovu rənglərinə bağlayıb.

"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Şimali Makedoniyanın "Şkupi" klubu heyətinə yeni futbolçu cəlb edib.

Matc.az "Sportmedia" nəşrinə istinadən xəbər verir ki, komanda Albaniyanın "Vlazniya" klubunun müdafiəçisi Filip Qliqorovu rənglərinə bağlayıb.

27 yaşlı oyunçu Filip 2016-ci ildə "Şkupi"də oynayıb.

Qeyd edək ki, "Neftçi" – "Şkupi" matçı avqustun 27-də Bakıda keçiriləcək. Qarşılaşma saat 20:00-da start götürəcək. "Şkupi" daha əvvəl Azərbaycan millisinin futbolçusu Elvin Yunuszadəni heyətinə qatıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest