İcarə əsasında "Bavariya"da çıxış edən Flipp Koutinyo çempionlar Liqasında çıxış edə biləcək. Matc.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi baş məşqçi Xans Diter Filkin şans verdiyi təqdirdə, "Barselona"ya qarşı  forma geyinəcək.

Bildirilir ki, hazırkı durumda Kinqsli Komanın əvəzinə Koutinyonun oynaması daha çox realdır. Mövsümü icarə əsasında Münxen təmsilçisində keçirən 28 yaşlı futbolçu komanda ilə müqavilə yeniləməyəcək. Onun yenidən Kataloniya klubuna geri dönməsi gözlənilir. Ancaq "Barselona" da oyunçunu heyətində saxlamaq istəmir.

Xatırladaq ki, yarımmüdafiəçi ötən mövsüm Bundesliqada 23 oyun keçirib və 8 qol vurub.

Qeyd edək ki, "Barselona" – "Bavariya" qarşılaşması avqustun 14-də keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest