"Rüfətin ən çox xoşuma gələn xüsusiyyəti daim hərəkətdə olmasıdır. O, həmişə müdafiə xəttini narahat etməyi bacarır"

"Rüfət çox inkişaf edib. O, meydanda nə edəcəyini yaxşı bilir".

Matc.az xəbər verir ki, bu sözləri ABŞ-ın "Finiks Rayzinq" klubunun baş məşqçisi Rik Şantz Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun ABŞ Milli Futbol Liqasının (USL) XII turunda "Las-Veqas Layts" oyunundakı performansını dəyərləndirərkən deyib.

Təcrübəli mütəxəssis üçüncü dəfə rəmzi heyətə düşən hücumçudan razı olduğunu bildirib: "Rüfətin ən çox xoşuma gələn xüsusiyyəti daim hərəkətdə olmasıdır. O, həmişə müdafiə xəttini narahat etməyi bacarır. Dadaşov qapıçılar üçün təzyiqdir, hücum zamanı cinah oyunçularımızın boş zona tapmasına şərait yaradır. Son dərəcə ağıllı və əsl bitiricidir. Rüfət təriflərə layiq oyunçudur".

Qeyd edək ki, millimizin forvardı "Finiks Rayzinq"in son turda "Las-Veqas Layts"a qarşı 5:1 qazandığı matçda 1 qol vurub, 2 assit edib. Cari mövsüm Dadaşovun  aktivində 10 qol var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest