PSJ-nin hücumçusu Usman Dembele klubdakı gələcəyi barədə danışıb.

Matc.az xəbər verir ki, fransalı futbolçu Paris təmsilçisi ilə müqaviləsinin uzadılması üçün danışıqların getmədiyini deyib:

“Yeni müqavilə imzalamamaq üçün heç bir səbəb yoxdur. Amma qərarı mən vermirəm. Müqaviləmlə bağlı danışıqlar klub və menecerim arasında aparılır. Karyeramın əvvəlindən bu prosesdə iştirak etmirəm”.

27 yaşlı forvard cari mövsümdə PSJ-nin heyətində 27 oyunda iştirak edib, 12 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun klubla mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest