"Liverpul" klubu "Bavariya"nın futbolçusu Tyaqo Alkantaranı transfer etməyə yaxındır. Matc.az xəbər verir ki, tərəflər arasında aparılan danışıqlar müsbət yekunlaşıb.

Məlumata görə, "qırmızılar" oyunçu üçün 30 milyon avro ödəyəcək. İspaniyalı futbolçu "Liverpul"a keçmək üçün "Bavariya" ilə yeni müqavilə imzalamaqdan imtina edib.

Qeyd edək ki, Tyaqo Alkantaranın münhenlilərlə sözləşməsi 2021-ci ilin yayına qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest