Futbol üzrə İngiltərə Premyer Liqasında 2-ci tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
 
İlk turda səfərdə “Tottenhem”i məğlub edən “Everton” bu dəfə “Vest Bromviç”i darmadağın edib. “Mançester Yunayted” “Kristal Pelas”la ev oyununda gözlənilməz məğlubiyyətlə üzləşib. 
 
Yeddi qolun qeydə alındığı “Lids” – “Fulhem” matçı meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. “Arsenal” isə “Vest Hem”i qəbul edib və çətin qələbəyə sevinib.
 
İngiltərə Premyer Liqası
2-ci tur
19 sentyabr
 
Everton – Vest Bromviç 5:2
Qol: Kalvert, 31; 62; 66. Rodriqes, 45. Kin, 54 – Dianqana, 10. Pereyra, 47.
 
Lids – Fulhem 4:3
Qol: Kosta, 5; 57. Klix, 41-pen. Bemford, 50 – Mitroviç, 34-pen; 67. Reyd, 62.
 
Mançester Yunayted – Kristal Pelas 1:3
Qol: Van de Bek, 80 – Taunsend, 7. Zaha, 74-pen; 85.
 
Arsenal – Vest Hem 2:1
Qol: Lakazette, 25. Nketia, 86 – Antonio, 45.
 
20 sentyabr
 
15:00 Sauthempton – Tottenhem
17:00 Nyukasl – Brayton
19:30 Çelsi – Liverpul
22:00 Lester – Bernli
 
21 sentyabr
 
21:00 Aston Villa – Şeffild Yunayted
23:15 Vulverhempton – Mançester Siti

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest