Fransa çempionu PSJ-nin müdafiəçisi Xuan Bernat əməlliyat olunacaq.
 
Matc.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
27 yaşlı ispan futbolçunun bu həftənin əvvəlində əməliyyat olunması gözlənilir. Lakin Bernatın yaşıl meydanlara dəqiq nə vaxt qayıdacağı hələlik bilinmir.
 
Qeyd edək ki, İspaniya millisinin üzvü bir neçə gün öncə Fransa çempionatı çərçivəsində "Mets"ə qalib gəldikləri (1:0) oyun zamanı dizindən ağır zədə almışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest