"Atletiko"nun hücumçusu Alvaro Morata karyerasını İtaliyada davam etdirəcək. Matc.az xəbər verir ki, 27 yaşlı futbolçu "Yuventus"la razılığa gəlib.

Məlumata görə, Morata bu gün İtaliyada yollanır. O, tibbi baxışdan keçdikdən sonra klubu ilə müqavilə imzalayacaq.

Daha əvvəl Turin təmsilçisinin hücumçunun icarəsi üçün "Atletiko"ya 9 milyon avro ödəyəcəyi bildirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest