"Atletiko" PSJ-nin sabiq hücumçusu Edinson Kavaniyə müqavilə təklif edib. Matc.az "L`Equipe" nəşrinə istinadən xəbər verir ki, klub təmsilçiləri dünən futbolçunun agenti ilə görüşüblər.

"Atletiko" PSJ-nin sabiq hücumçusu Edinson Kavaniyə müqavilə təklif edib. Matc.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, klub təmsilçiləri dünən futbolçunun agenti ilə görüşüblər.

Məlumata görə, Kavaniyə 2 illik sözləşmə təklif edilib. Futbolçunun dünən "Real"a transfer olacağı bildirilsə də, maaşının yüksək olması buna mane olub. Hazırda hücumçunun digər Madrid klubu ilə danışıq apardığı bildirilir.

Qeyd edək ki, Kavani hazırda azad agent statusu daşıyır. O, 2013-cü ildən PSJ-də çıxış edir. Uruqvaylı forvard bu müddət ərzində Paris təmsilçisində 301 matça çıxıb və 200 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest