Qadın voleybolçular arasında dünya çempionatında keçirilən çin – Azərbaycan oyununun statistik göstəriciləri açıqlanıb. Matç.az saytı xəbər verir ki, Asiya təmsilçisinin 3:0 (25:17, 25:16, 25:17) hesabı ilə qalib gəldiyi qarşılaşmanın ən məhsuldar oyunçusu çinli Xinyue Yuan olub.

O, matçda 17 xal toplayıb. Millimizin ən yaxşısı isə Polina Rəhimovadı – 11 xal.

Komandamızda Olena Həsənova 9, Yana Kulanla Yelizaveta Səmədova 8, Ayşən Əbdüləzimova 5, Kristina Yaqubova 2 xal toplayıb. Digər 7 xal isə rəqib səhvindən əldə edilib.

Hücumda 31 xal qazanan millimizdə Yana Kulan 8, Polina Rəhimova və Yelizaveta Səmədova hərəyə 7, Olena Həsənova 6, Ayşən Əbdüləzimova 3 dəfə fərqlənib.

Blokda Olena Həsənova 3, Kristina Yaqubova 1 xal əldə edib. Servisdə isə Polina Rəhimova 4, Ayşən Əbdüləzimova 2, Kristina Yaqubova ilə Yelizaveta Səmədova 1 qarşısıalınmaz zərbə endirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest