"İnter"in hücumçusu Lautaro Martines karyerasını İngiltərədə davam etdirməyə yaxın olub. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, "çelsi" futbolçunun xidmətində maraqlıdır.

Məlumata görə, 23 yaşlı forvard London təmsilçisinə keçməkdən imtina edib. O, İtaliyada xoşbəxt olduğunu bildirib.

Martineslə "Barselona" da maraqlanırdı. Kataloniya təmsilçisi argentinalı futbolçu ilə danışıq aparsa da, "İnter"in tələb etdiyi yüksək məbləği ödəyə bilmədi.

Qeyd edək ki, oyunçu cari mövsüm A Seriyasında 3 oyunda 3 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest