Bruno Teluşi İtaliyanın "Virtus Entella" (2007-2011), Albaniyanın "Flamurtari" (2011-2017), "Partizani" (2018-2020), "Kukesi" (2020) və Xorvatiyanın "Slaven Belupo" (2017) klublarında çıxış edib,

"Neftçi"nin yeni transferi Bruno Teluşinin paytaxt klubunda qazanacağı məvacib məlum olub. Matc.az xəbər verir ki, flaqman albaniyalı dayaq yarımmüdafiəçisinə bir mövsüm üçün 100 min avro ödəyəcək.
 
29 yaşlı oyunçu ilə mövsümün sonunadək sözləşmə bağlanıb. O, yeni komandasında 17 nömrəli formanı geyinəcək.
 
Bruno Teluşi İtaliyanın "Virtus Entella" (2007-2011), Albaniyanın "Flamurtari" (2011-2017), "Partizani" (2018-2020), "Kukesi" (2020) və Xorvatiyanın "Slaven Belupo" (2017) klublarında çıxış edib,
 
Albaniya kubokunun (2014), çempionatının (2019) və Super Kubokunun (2020) qalibi olub. Teluşi Albaniyanın U-17 (2006-2007) və U-21 (2011-2012) milli komandasının da şərəfini qoruyub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest