İngiltərənin “Mançester Siti” klubu ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, “şəhərlilər”in yarımmüdafiəçisi Fernandinyo zədələnib.
 
35 yaşlı futbolçu Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun “Portu” ilə matçında (3:1) sıradan çıxıb. Maraqlıdır ki, o, bu matçın 85-ci dəqiqəsində meydana buraxılıb və qısa müddət ərzində zədələndiyi üçün 90+4-də əvəzlənib.
 
Fernandinyonun ən azı 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest