Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) dünyanın 67 çempionatında cari mövsümdə meydana çıxan komandaların orta yaş həddini müəyyənləşdirib.

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) dünyanın 67 çempionatında cari mövsümdə meydana çıxan komandaların orta yaş həddini müəyyənləşdirib.
 
Matc.az xəbər verir ki, qurum, Azərbaycan Premyer Liqasında da ilk 6 tura əsasən komandaların orta yaş həddini açıqlayıb.
 
Premyer Liqada mübarizə aparan komandalardan ən gənci “Sumqayıt”dır. “Kimyaçılar”da bu mövsüm meydana çıxan komandanın ümumi yaş ortalaması 25,6-dır. “Zirə” 25,9-la 2-ci “Qəbələ” 26,3-lə 3-cü “Səbail” (26,3), “Neftçi” 26,4-lə 4-cü, “Qarabağ” 27 ilə 5-ci, “Keşlə” 27,5-lə 6-cıdır. Premyer Liqanın ən yaşlı komanası isə 27,6 yaş ortalaması ilə “Sabah”dır.
 
Azərbaycan Premyer Liqasının 5-ci turunun “Səbail” – “Qarabağ” görüşü təxirə salındığı üçün hər iki komandanın statistikası 5 oyuna əsasən hesablanıb.
 
TOP-5 liqalarda ən yaxşı göstərici İtaliyanın “Milan” klubuna məxsusdur. “Qırmızı-qaralar”ın ortalama yaş həddi 24,5-dir.
 
Dünyanın ən gənc kollektivi isə 20,7 yaş ortalaması ilə Latviyanın “Metta” klubudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest