Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində sabah İstanbulda “Başakşəhər Fatih Terim" stadionunda İspaniyanın "Vilyarreal" klubunu qəbul edəcək.
 
Matc.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu gün Bakı vaxtı ilə 14:00-da media mənsublarının suallarını cavablandıracaq. Bakı vaxtı ilə saat 17:00-da isə komanda "Başakşəhər Fatih Terim" stadionunun köməkçi meydançasında oyunöncəsi son məşqinə çıxacaq.
 
Qeyd edək ki, “Qarabağ” – “Vilyarreal” matçına sabah Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest