Yaponiyada keçirilən qadın voleybolçular arasında dünya çempionatında II mərhələnin ikinci turuna yekun vurulub. Matç.az saytı xəbər verir ki, Azərbaycan millisinin yer aldığı qrupda bu gün 4 görüş oynanılıb.

 

Faiq Qarayevin yetirmələrinin çinə 0:3 hesabı ilə məğlub olduğu turun son matçında İtaliya ilə Tailand üz-üzə gəlib. Rəqibə heç bir şans verməyən italyanlar asan qələbə qazanıblar – 3:0 (25:15, 25:12, 25:15). Bu qalibiyyət sayəsində italyanlar qrupda 2-ci pilləyə yüksəliblər.

 

Qeyd edək ki, qrupumuzda keçirilən digər qarşılaşmalarda Rusiya Bolqarıstana (3:1), ABŞ isə Türkiyəyə (3:0) qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest