"Düşmənin əlahiddə zirehli tank taborunun komandiri məhv edilib". Matc.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 
 
Bildirilir ki, cəbhənin Ağdərə istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının müdafiə zolağında düşmənin bir neçə tankı sıradan çıxarılıb.
 
Bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində 77-ci əlahiddə zirehli tank taborunun komandiri podpolkovnik Nelson Akopcanyan məhv edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest