Rusiyanın "Lvov ürəyi" klubunun idmançısı Gerasim Manukyan ölüb.
 
Matc.az xəbər verir ki, 18 yaşlı idmançı Ermənistan silahlıları və Azərbaycan ordusu arasında Qarabağda davam edən döyüşlərdə ölüb. 
 
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Rusiyada – Moskvada yaşayan Manukyan, müharibədə döyüşmək üçün Qarabağa gəlmişdi.
 
Azərbaycan ordusu ilə düşmən tərəfi arasında sentyabrın 27-də başlayan gərgin döyüşlər davam edir. Uğurlu hərbi əməliyyatlar keçirən Azərbaycan ordusu bir çox kəndi, Suqovuşanı, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərlərini işğaldan azad edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest