Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 37-ci atıcı diviziyasının 4-cü motoatıcı alayının növbəti hərbi kolonu məhv edilib.
 
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
 
Ağdamdan Xankəndi istiqamətində hərəkət edən 3 "KamAZ", 2 "Ural" və 2 PDM-dən ibarət hərbi kolonun atəşə tutulması nəticəsində düşmənin çoxlu sayda hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, düşmənin 30 nəfərədək hərbi qulluqçusu yaralanıb və kolonda olan hərbi texnika yanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest