Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.
 
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
 
Noyabrın 8-i axşam saatlarından 9-u gecə 00:50-dək Ermənistanın Berd və çəmbərək rayonları istiqamətindən Azərbaycanın Tovuz və Gədəbəy rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest