Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və döyüş texnikasını məhv etməkdə davam edir.
 
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
 
"Noyabrın 9-da günorta saatlarında Xocalı-Şuşa yolu ilə Xankəndi istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin canlı qüvvə ilə dolu qoşqusunda D-30 topu olan 1 ədəd yük maşını zərbə PUA-sı ilə məhv edilib", - məlumatda qeyd edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest