Futbol üzrə İtaliya yığması ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, sözügedən komandanın və Fransa çempionu PSJ-nin hücumçusu Moyze Kin zədələnib.
 
Bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Zədəsi ciddi olan futbolçu artıq yığmanın düşərgəsini tərk edib.
 
Qeyd edək ki, İtaliya yığması UEFA Millətlər Liqası çərçivəsində Polşa, həmçinin Bosniya və Herseqovina ilə qarşılaşacaq. Bu oyunları buraxmaq məcburiyyətində qalan 20 yaşlı forvard artıq PSJ-nin düşərgəsinə dönüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest