"Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın icrası istiqamətində işlər davam etdilir. Dünən Prezident İlham Əliyevlə Rusiya Prezidenti arasında telefon danışığı olub".
 
Matc.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirdiyi brifinqdə deyib.
 
Onun sözlərinə görə, Ermənistan tərəfi Kəlbəcərdəki insanların çıxarılmasına görə 25 noyabra qədər vaxt istəyib: "Azərbaycan tərəfi humanizmdən çıxış edib, ermənilərin 25 noyabra qədər Kəlbəcərdən çıxarılması ilə bağlı qərar qəbul edilib".
 
Prezidentin köməkçisi bildirib ki, mülki obyektlər ərazini tərk edən ermənilər tərəfindən yandırılır: "Kəlbəcərdə qeyri qanuni olaraq yerləşdirilən insanlar oradan çıxarılmalıdır. Bu proses çərçivəsində onlar ətraf mühitə və obyektlərə zərər vuraraq oradan çıxırlar. Bu, ekoloji terror əməllərinin də qarşısı alınmalıdır. Maddi-mədəniyyət abidələrinə də zərər vurulur. Ağdam rayonunda da qanunsuz arxeloji qazıntılar aparırlar. Qazıntılar nəticəsində əldə olunmuş əşyaların Ermənistana aparılması ilə bağlı da faktlar vardır. Bu, beynəlxalq konvensiyaların pozulmasıdır".
 
Hacıyevin sözlərinə görə, Ali Baş Komandan tərəfindən yaxın zamanlarda Azərbaycan xalqına xox müjdə çatdırılacaq: "Qrafikə uyğun olaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindən mülki insanlar, hərbçilər çıxarılır. Ermənilərin Ağdamdan 20 noyabr, Laçından isə dekabrın 1-dək çıxarılmasını nəzərdə tutan vaxt olduğu kimi saxlanılır. Bircə Kəlbəcərlə bağlı bu zaman 15 noyabrdan 25 noyabradək uzadılıb".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest