Bu gün futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin sonuncu turuna start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub.

C Liqasının 1-ci qrupunda yer alan Azərbaycan yığması da son oyununa bu gün çıxıb. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv səfərdə Lüksemburqla qolsuz bərabərliyə razılaşıb. Qrupun digər matçında Kipr Monteneqro ilə qarşılaşıb. Bu oyunda darmadağına sevinən Monteneqro qrup qalibi olmaqla B liqasına yüksəlib.

A Liqasının 4-cü qrupunda İspaniya Almaniyanı qəbul edib. Almaniya yığması məğlub olmayacağı halda, qrupu lider olaraq bitirəcəkdi. Amma ispanlar bu komandanı 6 cavabsız qolla biabırçı məğlubiyyətə uğradıb. Qrupun digər oyununda Ukrayna ilə İsveçrə yığmaları üz-üzə gəlməli olsa da, bu görüş koronavirusa görə baş tutmayıb.

A Liqasının 3-cü qrupunda Xorvatiya – Portuqaliya və Fransa – İsveç matçları keçirilib. Bol qollu bu görüşdə Portuqaliya və Fransa yığmaları qələbə qazanan tərəf olub.

Qeyd edək ki, qrup mərhələsinə noyabrın 18-də yekun vurulacaq.

UEFA Millətlər Liqası
Qrup mərhələsi

17 noyabr

A liqası, 3-cü qrup

Xorvatiya – Portuqaliya 2:3
Qol: Qol: Kovaçiç, 29; 65 – R.Dias, 52; 90+1. J.Feliks, 61.

Fransa – İsveç 4:2
Qol: Jiru, 17; 59. Pavar, 38. Koman, 90+5 – Klaesson, 5. Kayson, 88.

Fransa – 16, Portuqaliya – 13, Xorvatiya – 3, İsveç – 3.

A liqası, 4-cü qrup

İspaniya – Almaniya 6:0
Qol: Morata, 17. F.Torres, 33; 55; 71. Rodri, 38. Oyarzabal, 89.

İsveçrə – Ukrayna matçı təxirə salınıb

İspaniya – 11, Almaniya – 9, Ukrayna – 6, İsveçrə – 3.

C liqası, 1-ci qrup

Monteneqro – Kipr
Qol: Yovetiç, 14. Bolyeviç, 25; 28. Muqoşa, 60.

Lüksemburq – Azərbaycan 0:0

Monteneqro – 13, Lüksemburq – 10, Azərbaycan – 6, Kipr – 4.

D liqası, 1-ci qrup

Andorra – Latviya 0:5
Qol: çernomordiys, 6. İkaunieks, 57; 60. Qutkovski, 70-pen. Krollis, 90-pen.

Malta – Farer adaları 1:1
Qol: Guillaumye, 54 – Yonsson, 70.

Farer adaları – 12, Malta – 9, Latviya – 7, Andorra – 2.

D liqası, 2-ci qrup

Cəbəllütariq – Lixtenşteyn 1:1
Qol: Frommelt, 17-öz qapısına – Frik, 44.

Cəbəllütariq – 8, Lixtenşteyn – 5, San Marino – 2.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest