"Maradona bu şəhərin qürurudur. Neapol dünyanın ən yaxşı futbolçusunu gördü". Matc.az xəbər verir ki, bunu İtaliyanın "Napoli" klubunun baş məşqçisi Cennaro Qattuzo deyib.

Əfsanəvi argentinalı Dieqo Maradonanın ölümünə münasibət bildirən Qattuzo onunla bağlı xatirəsini bölüşüb.

"Onu görənlər, tanıyanların çoxu uşaqlarına Dieqo adı qoyur. Maradona bağlı çox gözəl xatirələrim var. Bir neçə dəfə onunla bir yerdə yemək fürsəti tapdım. Qeyri-adi insan olduğu üçün heç vaxt ölməz. Qeyri-adi şeylər etdi. Bəli, həyatda da bir neçə səhvə yol verdi, amma yenə də əbədi yaşayacaq. Hazırda Neapol sakinləri fərqli hava ilə nəfəs alırlar. Böyük itkidir. Dieqo əfsanədi, başqa planetdən gəldi" – deyə çalışdırıcı bildirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest