Türkiyənin "Kasımpaşa" klubu baş məşqçi İrfan Buzla yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Maraqlıdır ki, 53 yaşlı mütəxəssis təyinatından 14 gün istefa verib. İrfan Buz noyabrın 13-də baş məşqçi təyin edilmişdi. O, sosial şəbəkə hesabında bu istefasını klub daxilində sağlam ab-hava olmaması ilə əlaqələndirib. Bu üzdən də köməkçiləri ilə birlikdə işindən ayrılıb.
 
Qeyd edək ki, "Kasımpaşa" 9 turdan sonra 12 xalla 10 pillədə qərarlaşıb. O, bir müddət öncə istefaya göndərilən Mehmet Altıparmakı əvəz etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest