"Zirə" iyulun 14-də xüsusi çarter reysi ilə Gürcüstana yollanacaq və həlledici matçın dərhal ardından Bakıya geri dönəcək.
UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab matçında Gürcüstanın "Torpedo" klubu ilə qarşılaşacaq "Zirə"nin Kutaisi səfərinin təqvimi müəyyənləşib.
Matc.az xəbər verir ki, komanda iyulun 14-də xüsusi çarter reysi ilə Gürcüstana yollanacaq və həlledici matçın dərhal ardından Bakıya geri dönəcək.
Səfər proqramına əsasən, iyulun 15-də baş məşqçi Rəşad Sadıqovun media mənsubları üçün mətbuat konfransı, ardınca isə kollektivin oyunun keçiriləcəyi stadionda son məşqi reallaşacaq.
Qeyd edək ki, "Zirə"ni çətin səfərdə tribunadan nə qədər azarkeşin müşayiət edəcəyi hələlik dəqiqləşməyib.
İki komanda arasındakı "Torpedo" – "Zirə" qarşılaşması iyulun 16-da, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.












