Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan təyinat alıb.

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan təyinat alıb.

Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, o, UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin "Hamrun" (Malta) - "Runavik" (Farer adaları) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma iyulun 16-da, Ta Qali şəhərində yerləşən "Centenary" stadionunda baş tutacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest