"Milan" və "Roma"nın sabiq baş məşqçisi Fabio Kapello Antonio Konteni İtaliya millisinin sükanı arxasına keçmək üçün ən uyğun namizəd adlandırıb.

Matc.az xəbər verir ki, "Football Italia" nəşri təcrübəli mütəxəssisin fikirlərini yayıb.

Bildirilir ki, Kapello Kontenin yığmadakı əvvəlki təcrübəsini yüksək qiymətləndirib, keçmiş baş məşqçi Roberto Mançinini isə tənqid edib:

"Mən artıq fikrimi bildirmişəm - Konte. O, milli komandanın rəhbərliyində özünü mükəmməl tərəfdən sübut edib. Mançini də güclü mütəxəssisdir, lakin onun vacib oyunlar seriyasına cəmi bir neçə gün qalmış yığmadan getməsi unudulacaq bir hadisə deyil, çox ciddi addımdır".

Xatırladaq ki, İtaliya seçməsi dünya çempionatına vəsiqə uğrunda pley-off mərhələsinin finalında Bosniya və Herseqovinaya uduzaraq (1:1, penaltilərlə 1:4) turnirdən kənarda qalıb. Bu uğursuzluqdan sonra baş məşqçi Cennaro Qattuzo postundan uzaqlaşdırılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest