"Gələcəkdə “Barselona” prezidenti olmağa hazır olduğumu düşünürəm. Əks təqdirdə, sadəcə namizəd olmayacağam. Bu məsələni həll edəcəyəm, bu mənim xəyalımdır, amma onu reallaşdıra biləcəyimi bilmirəm”

“Qarşıdan gələn seçkilərdə namizəd ola bilmərəm, çünki hələ futbolçuyam”. Matc.az xəbər verir ki, bunu “Barselona”nın futbolçusu Jerar Pike deyib.

O bildirib ki, gələcəkdə hazırda şərəfini qoruduğu komandanın rəhbəri olmaq istəyindədir: “Gələcəkdə nə olacağını heç kim bilmir. “Barselona” ilə əlaqəm var, bu klubun azarkeşiyəm. Bacardığım qədər ürəyimdəki kluba kömək etmək istəyirəm. Gələcəkdə “Barselona” prezidenti olmağa hazır olduğumu düşünürəm. Əks təqdirdə, sadəcə namizəd olmayacağam. Bu məsələni həll edəcəyəm, bu mənim xəyalımdır, amma onu reallaşdıra biləcəyimi bilmirəm”.

Xatırladaq ki, Pike İspaniya çempionatının X turunun “Atletiko” (Madrid) ilə matçında zədələnib. Müdafiəçi görüşün 62-ci dəqiqəsində Serjinyo Dest ilə əvəzlənib. Ona 3-cü dərəcə daxili lateral bağ sümüyü və sağ dizin ön çarpaz bağ zədələnməsi diaqnozu qoyuldu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest