"Qəbələ" İdman Klubunun prezidenti Fariz Nəcəfov cəbhədən qayıdıb.
 
Matc.az xəbər verir ki, 42 yaşlı funksioner yenidən öz işinin başına keçib.
 
Lakin o, müəyyən səbəblərdən Azərbaycan Premyer Liqasının 11-ci turunda bu gün keçirilmiş "Sumqayıt"la səfər matçını (1:0) stadiondan izləyə bilməyib. (Report)
 
Qeyd edək ki, Vətən müharibəsinin ilk günlərindən ehtiyatda olan zabit kimi döyüşlərə qatılan Fariz Nəcəfov hərbi əməliyyatlar zamanı korpus komandiri general-mayor Mayis Barxudarovun mühafizəsini təşkil edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest