İspaniyalı hücumçu Xese Rodriqes qışda PSJ-dən ayrılacaq.
 
Matc.az xəbər verir ki, 27 yaşlı hücumçu Paris klubunda oyun praktikasının azlığından şikayətçidir.
 
Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, baş məşqçi Tomas Tuxelin planlarında yer almayan Xesenin qışda müqaviləsinə xitam veriləcəyi bildirilib.
 
2016-cı ildə "Real"dan 25 milyon avro qarşılığında PSJ-yə keçən Xese, bu mövsüm Liqa 1-də 2 oyuna çıxıb. Hücumçunun parislilərlə müqaviləsi mövsümün sonuna qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest