01 Dekabr 2020, 10:28
                
                
                
                                DİGƏR 
                                
                
               
              Şəhriyar Məmmədyarov 8-ci pillədəki mövqeyini qoruyub. Onun aktivində 2 770 xal var. 2 765 xalı olan Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 10-cu yerdə qalıb.
				  
 
	Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.
	Matc.az FİDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın 2 təmsilçisi yer alıb.
	Şəhriyar Məmmədyarov 8-ci pillədəki mövqeyini qoruyub. Onun aktivində 2 770 xal var.
	2 765 xalı olan Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 10-cu yerdə qalıb.
	Nicat Abbasov 2668 xalla bir pillə irəliləyərək, 71-ci sıraya yüksəlib. Qədir Hüseynov isə 2 665 xalla 1 pillə - 74-cü sıraya qalxıb. 2 654 xalı olan Rauf Məmmədovun da mövqeyində dəyişiklik olub. Şahmatçı 3 pillə irəliləyib və 92-ci sırada qərarlaşıb. Arkadi Naydiç isə irəliləyərək 2649 xalla 100-cü olub.
	Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2 862 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2 823 xalla 2-ci, çinli Dinq Liren 2 791 xalla 3-cüdür.
	Qadınlardan 2 443 xalı olan Günay Məmmədzadə 31-ci sıradan 30-cu mövqeyə yüksəlib. 2 382 xala malik Gülnar Məmmədova 1 pillə geriləyərək 81-ci sırada yer alıb. 2 376 xalı olan Xanım Balacayeva da eyni sayda gerilmə ilə 90-cı yerə enib.
				
         	
                                             
               
 
             
 















