"Biz üç dəfə Müdafiə Nazirliyinə müraciət edib icazə istədik. Ali Baş Komandandan icazə istədik. Bizə dedilər ki, gözləyin, ehtiyac olarsa, mütləq səfərbər ediləcəksiniz. Buna baxmayaraq, bəzi üzvlərimiz özləri ön xəttə gedib xidmət göstərdilər, əllərindən gələni etdilər".

Hər iki Qarabağ Müharibəsinin canlı şahidləri, iştirakçıları, qazilərimiz... Hər iki tarixi yaşayanlar... Hər birinin həyatı  ayrıca mərdlik məktəbi, qəhrəmanlıq dastanı, igidlik salnaməsidir.
 
Qarabağ Əlilləri və Qaziləri İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədov deyir ki, Vətən Müharibəsi başlayanda qurumun üzvləri könüllü olaraq ön cəbhəyə yollanıblar:
 
"Biz üç dəfə Müdafiə Nazirliyinə müraciət edib icazə istədik. Ali Baş Komandandan icazə istədik. Bizə dedilər ki, gözləyin, ehtiyac olarsa, mütləq səfərbər ediləcəksiniz. Buna baxmayaraq, bəzi üzvlərimiz özləri ön xəttə gedib xidmət göstərdilər, əllərindən gələni etdilər".
 
Qazilərimiz bu dəfə əllərinə silah alıb döyüşə bilməsələr də, bacardıqları qədər gənc hərbçilərimizə dəstək olublar. Qazi Hüseyn Allahverdiyev Ağdamın Quzanlı kəndindəndir, onu ikinci dəfə ön cəbhəyə aparan da məhz vətən sevgisi, yurd həsrətidir.
 
O deyir ki, Azərbaycan əsgərinin ruh yüksəkliyi, texniki təchizat, vahid komandanlıq və koordinasiya bizə zəfər qazandırdı:
 
"Mən o gənc hərbçilərin gözündə cəsarət gördüm. Biz oraya ölməyə və öldürməyə getmişdik. O vaxt bizim texniki cəhətdən, silah cəhətdən çox korluğumuz oldu. Amma bu millətin, türk oğlu türkün mümkün deyil silahlı-silahsız cəsarətini qırmaq... Mümkün deyil... özün mina üstünə atan, tank qabağına atan – hər cür igidliyin şahidi olduq!"
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest