"Mançester Yunayted" yeni baş məşqçisinin adını açıqlayıb. Matç.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, sabiq futbolçu Ole-Qunnar Sulşer "mankunianlar"ın "sükanı arxası"na keçib. Joze Mourinyonu qovan klub 45 yaşlı norveçli mütəxəssislə mövsümün sonuna qədər müqavilə bağlayıb.

Qeyd edək ki, Ole-Qunnar Sulşer 1996-2007-ci illərdə "Mançester Yunayted"in heyətində 366 oyunda 126 qol vurub. O, "qırmızı şeytanlar"la 12 titul qazanıb. 2008-2011-ci illərdə "Mançester Yunayted"in aşağı yaş qruplarında çalışan Sulşer daha sonra "Mölde" və "Kardiff" klublarına rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest