2018-ci ildə keçirilən Qış Olimpiya Oyunlarından əldə olunan qazanc açıqlanıb. Matç.az saytı xəbər verir ki, Cənubi Koreyanın Pxençxan şəhərindəki yarış təşkilatçılara 55 milyon dollar gətirib.

Bunu Olimpiya Oyunlarının təşkilat komitəsinin prezidenti Li Hi Bom açıqlayıb. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Argentinanın paytaxtı Buenos-Ayresdəki sessiyasında çıxış edən koreyalı turnirin müsbət saldo ilə başa çatdığını bildirib.

Bu qazanc təşkilat komitəsi, təşkilatçı ölkənin Milli Olimpiya Komitəsi və BOK arasında bölüşdürülməlidi. Amma BOK-un prezidenti Tomas Bax rəhbəri olduğu qurumun payına düşən məbləğin də Koreya idmanının inkişafına yönələcəyini açıqlayıb.

Qeyd edək ki, bu il fevralın 9-25-də keçirilən Pxençxan-2018-də 92 ölkənin 2500-dən çox idmançısı 102 dəst medal uğrunda mübarizə aparıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest