Rusiyalı infeksionist Yevgeni Timakov beş ildən sonra koronavirusla bağlı vəziyyəti proqnozlaşdırıb. "RİA Novosti" xəbər verir ki, Timakov bütün virusların daim mutasiyaya uğradığını və koronavirusun da istisna olmadığını deyib.
 
Eyni zamanda, onun sözlərinə görə, COVID-19-da bu dəyişikliklər genomunun dəyişdirilməsi baxımından əhəmiyyətli deyil.
 
"Beş-yeddi ilə koronavirus infeksiyası istənilən halda dəyişəcək. Daha çox ötürüləcək, daha yoluxucu olacaq, lakin daha az ağırlaşmalara səbəb olacaq", - deyə mütəxəssis bildirib.
 
O əlavə edib ki, hazırda Böyük Britaniyada da eyni şey müşahidə olunur:
 
"Virus 70 faiz sürətlə yayılır, lakin daha ağır olduğuna dair heç bir dəlil yoxdur".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest