2020-ci il ölkəmizin tarixində acılı-şirinli izlərlə yadda qalacaq. Bəşəriyyətə meydan oxuyan koronavirus (Covid-19) pandemiyası həyatımızın bütün sahələrində olduğu kimi idmanda da ağlasığmaz məhdudiyyətlərə səbəb olub. Bununla belə, ara-sıra milli və beynəlxalq yarışlar keçirilmiş, onlayn görüşlər, konfranslar təşkil edilmişdir. Mediamız ölkə, qitə və dünya miqyasındakı bu olaylara seyrçi qalmamış, idman həvəskarlarını intizarda saxlamamış, ölkə və dünya Olimpiya hərəkatı və idmanının   pandemiya dövründə vəziyyəti, baş verən mühüm hadisələr barədə maraqlı çıxışlara geniş yer vermişdir. Elə müstəqil idman yazarlarımız da var ki, onlar saytlar, sosial media üzərindən daha çox faydalı informasiyalar paylaşaraq bu sahədə boşluğu doldurmağa çalışirlar.
 
2020 Azərbaycan üçün 44 günlük Vətən müharibəsində şanlı qələbəmiz, 30 ilə yaxın erməni işğalında olan doğma Qarabağ torpaqlarımızın azad edilməsi ilə olduqca əlamətdardır və ölkəmizin şanlı tarixinə qızıl hərflərlə yazılmışdır. Bu böyük qələbədə jurnalistlərimizin, digər yaradıcı insanların, o cümlədən idman yazarlarımızın da xüsusi rolu olmuşdur. Odur ki, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) və İdman Mətbuatı üzrə Avropa İttifaqının (AİPS EUROPE-UEPS) üzvü və Azərbaycanda rəsmi təmsilçisi Azərbaycan İdman Jurnalistləri Assosiasiyası 25 yaşının tamam olduğu yubileyi ilində ənənəvi qalib nominasiyalarını həmişəkilndən fərqli təqdim edir.
 
AİJA-nın bütün nominasiyaları üzrə qalibləri:
 
VƏTƏN MüHARİBƏSİNDƏ öN CƏBHƏDƏ ŞüCAƏT GöSTƏRMİŞ İDMAN MEDİASI ƏMƏKDAŞLARI
 
Süleyman Vəliyev  (CBC SPORT)
 
Xəyal Sadıqov (CBC SPORT)
 
Mehman Əşrəfov (sportal.az)
 
Daşqın Əziz (offsideplus.az)
 
Mahal Məmmədov (Azərbaycan Futzal Federasiyasının mətbuat katibi)
 
Vüsal Qurbanov (ATV)
 
Emin Səfərov (qafqazinfo.az)
 
VƏTƏN UÄžRUNDA CANINI FƏDA ETMİŞ BüTüN ŞƏHİDLƏRİMİZİN RUHUNA DƏRİN EHTİRAMLA
 
Şəhid ülvi Məmmədovun atası, komanda.az saytının yazarı Vüqar Məmmədov xüsusi diplomla təltif edilir
 
2020-ci İLİN İDMAN LAUREATLARI
 
İLİN İDMAN JURNALİSTİ
 
Anar Şəbanoğlu (Müstəqil jurnalist)
 
İLİN İDMAN TELEJURNALİSTİ
 
İlkin Xəlilov (Fikrətoğlu) - ATV
 
İLİN TELEAPARICISI
 
Əminə Kazımova (CBC SPORT)
 
İLİN TELEŞƏRHçİSİ
 
Rüstəm Əfsərli (CBC SPORT)
 
İLİN RADİO JURNALİSTİ
 
İlkin Baba (Azərbaycan Radiosu) 
 
İLİN MƏTBUAT KATİBİ
 
Elmar Abdullazadə ("Zirə" Futbol Klubu)
 
İLİN İDMAN FOTOREPORTYORU
 
Rüstəm Fərman İsmayılov (azpress.az) 
 
İLİN İDMAN İNFORMASİYA AGENTLİYİ
 
Azərbaycan Dövlət İnformasiya Agentliyi - AzərTAC
 
İLİN İDMAN TELEKANALI
 
İTV
 
İLİN İDMAN RADİOSU
 
Azərbaycan Radiosu
 
İLİN İDMAN QƏZETİ
 
"Futbol+"
 
İLİN İDMAN SAYTI
 
qol.az   
 
İLİN İDMAN KİTABI
 
"Şuşali laynsman Tofiq Bəhramov", müəllif Əbülqasım Novruzov, Bakı – 2020, "Avropa" Nəşriyyatı
 
İLİN İDMAN XADİMİ
 
Fariz Nəcəfov ("Qəbələ" Futbol Klubunun prezidenti, Vətən   müharibəsinin könüllü iştirakçısı)
 
İLİN İDMANçISI
 
(qadınlar)
 
1. İrina  Kindzerska  (cüdo, Avropa çempionatı, gümüş medal)
2. Zöhrə Ağamirova (bədii gymnast, Avropa çempionatının finalçısı)
3. İrina   Zaretska (karate Beynəlxalq turnirin qalibi)
 
(kişilər)
 
1. Orxan Səfərov (cüdo, Avropa çempionu)
2. Tayfur Əliyev  (boks, olimpiadaya lisenziya qazanıb)
3. İslambek Dodo  (güləş, Fərdi Dünya Kuboku, gümüş medal)
 
İLİN KOMANDASI
 
Bədii gimnastika üzrə milli komanda - Avropa çempionatı, gümüş medal
 
İLİN MƏŞQçİSİ
 
Mariana Vasilyeva (Bədii gimnastika, millinin baş məşqçisi)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest