Komandanın bəzi üzləri ötən gün test verdiklərindən, baş məşqçinin koronavirusa yoluxduğu ehtimal edilir. Klubun Mətbuat katibi Rəşad Məmmədov isə "Report"a açıqlamasında məlumatı nə təkzib, nə də təsdiq edib. O bildirib ki, Abbasovun özü ilə əlaqə saxlamaq mümkün olmayıb.

"Sumqayıt" klubu Azərbaycan Premyer Liqasının 13-cü turunda "Sabah"a qarşı keçirəcəyi oyundan öncə problemlə üzləşib.
 
Matc.az xəbər verir ki, baş məşqçi Ayxan Abbasovun səhhətində problem yaranıb.
 
Xəstələndiyini bildirən Abasov bugünkü məşqi əsas köməkçisi Elnur çodarova həvalə edib.
 
Komandanın bəzi üzləri ötən gün test verdiklərindən, baş məşqçinin koronavirusa yoluxduğu ehtimal edilir. Klubun Mətbuat katibi Rəşad Məmmədov isə "Report"a açıqlamasında məlumatı nə təkzib, nə də təsdiq edib. O bildirib ki, Abbasovun özü ilə əlaqə saxlamaq mümkün olmayıb.
 
Qeyd edək ki, dekabrın 24-də keçiriləcək "Sumqayıt" - "Sabah" matçı saat 16:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest