"Nə vaxtsa ABŞ çempionatında oynamaq istərdim. Bu, həmişə arzum olub. Ancaq bunun baş verəcəyini bilmirəm". Matc.az xəbər verir ki, bunu "Barselona"nın lideri Liomel Messi deyib.

Argentinalı futbolçu İspaniyanın "La Sexta" telekanalına müsahibəsində ölümü ilə bağlı sualı da cavablandırıb: "ölümümü düşünürəm? Xeyr, bu barədə düşünmürəm və hətta bu mövzuda fikirləşmək istəmirəm. Evdə atam mənə Maradonanın ölümü barədə danışdı. Sonra xəbərləri izlədim. Heç kim nə baş verdiyinə inana bilmədi. Sadəcə, hamı dəli kimi görünürdü. Maradonanın ölümündən dörd gün sonra "Osasuna"ya qol vuracağımdan əmin idim. Həmin vaxt qolsuz seriyam var idi, amma fərqlənəcəyimi hiss edirdim".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest