"Beşiktaş"ın sabiq futbolçusu Bobo karyerasını Avstraliyada davam etdirəcək.
 
Matc.az xəbər verir ki, 35 yaşlı hücumçu "Sidney" klubuna keçib.
 
Bu barədə A Liqası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bobo ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
Braziliyalı hücumçu 2006-2011-ci illər aralığında "Beşiktaş"da çıxış edib. Bobo, Türkiyə klubu ilə 144 oyuna 58 qol vurub.
 
Forvard daha əvvəl 2016-2018-ci illərdə "Sindey"də forma geyinib. Hücumçu, 2017/18 mövsümündə Avstraliya A Liqasında 27 qol vuraraq, "qızıl buts" mükafatını qazanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest