Ermənistanlı qrossmeyster Levon Aronyan həmyerlimiz  Teymur Rəcəbova sürətli şahmat üzrə "Airthings Masters" onlayn turnirinin finalında məğlubiyyətini (1,5:2,5, 1:2) şərh edib. Matc.az xəbər verir ki, Levon Aronyan qarışıq hisslər keçirdiyini bildirib: "Qarışıq hisslər keçirirəm. Finalda necə oynamağımdan məyus oldum, amma turnirdəki oyunumdan razıyam.
 
Ən maraqlısı bugünkü (dünənki-red.) ilk partiya idi. Müdafiəsiz oyun gedirdi. Bilirdim ki, finalda risk etmək lazım gələcək. Ancaq bəlkə də qəribə qərarlar qəbul etdim. Məsələn, bu gün uduzduğum ikinci partiyada. Finalda belə oynamaq olmaz".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest